Yuxarı

M.Ə.Rəsulzadəni məzara endirən adam danışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq M.Ə.Rəsulzadə və onun silahdaşları ilə birbaşa ünsiyyətdə olan insanların sayı demək olar ki, azalıb. Nə yazıq ki, bu insanların yaddaşlarında o illərlə bağlı canlı qalan tarix də onlarla birlikdə gedir.

Bu insanlardan biri də Ankarada yaşayan professor Yəhya Taşdələndir. "Axar.az" olaraq Yəhya bəylə Rəsulzadə, onunla tanışlığı və dəfni haqqında xatirələrini bölüşdük.

Bəlli oldu ki, Yəhya bəy M.Ə.Rəsulzadə ilə 1952-ci ildə tanış olub:

"Rəsulzadə 1950-ci ildə Ankaraya gəldiyi vaxt mən tələbə idim. Azərbaycan Kültür Dərnəyində Rəsulzadənin Həmid adlı çox yaxın dostu var idi. O mənə dərnəyə yazılmağı tövsiyyə etdi və mən məhz burada Rəsulzadə ilə tanış oldum. Rəsulzadənin əlindən öpdüm, o da mənim üzümdən".

Bu görüşdən sonra Rəsulzadə ilə davamlı təmasda olan Yəhya bəy Azərbaycanı sevməyi məhz bu böyük öndərdən öyrəndiyini deyir:

"O zamanlar 22 yaşlı bir gəncdim, kargüzarlıq işlərində könüllü iştirak edir, onun yanında təcrübə keçməkdən qürur duyurdum. Öz övladı kimi məni sevərdi . Bir gün getməyəndə isə, "Ay balam, harada qaldın? Özlətdin özünü..." deyərdi. Sonralar mən onun xanımını da gördüm, əllərindən öpdüm".

Onda bir inam vardı ki, Azərbaycanı gənclik xilas edəcək

Yəhya bəy 1955-ci ildə Rəsulzadə vəfat etdiyi zaman cənazə mərasimində iştirak edib və dediyinə görə həmin günü indiki kimi xatırlayır. Gənc olduğum üçün onun cənazəsini dostları ilə birgə məzara endirənlərdən biri olub:

"Mən məzara enib onun endirilməsinə yardım etdim. Cümhur başqanının cənazə törəninin Hacı Bayram camisindən məzarlığa gedənə qədər şəkillərini də mən çəkmişəm. O şəkilləri Xalid Bahadıra göndərmişəm. Sabah-biri gün böyük öndərin muzeyi açılarsa, o şəkilləri qoymaq olar. Həmin mərasimdə çox adam vardı. Azərbaycanı və öndəri sevənlərin hamısı orda iştirak edirdi. Çoxlu çələnglər, qərənfillər vardı".

Sonda isə Yəhya bəy M.Ə. Rəsulzadəni Atatürk qədər sevdiyini bildirdi: "Çünki Rəsulzadə mənimçün Atatürklə eynidir".

Tarix
2014.01.31 / 10:17
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla