Yuxarı

Xankəndi partlayışı: Separatçılar belə qaçmağa hazırlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə baş verən partlayışda yaralananlar Ermənisana təxliyə edilir. Azərbaycanın mərkəzi hakimiyyəti yaralılara tibbi yardım göndərməkdə davam edir, o cümlədən, Ağdam, Sabirabad və Saatlı mərkəzi xəstəxanaları yaralıların qəbulu üçün hazırlanıb. Hərçənd, ermənilər yaralıları əsasən Ermənistana aparmaqda israr edirlər.

Hazırda təxliyə quru və hava yolu olmaqla, iki istiqamətdə həyata keçirilir:

- Təcili tibbi yardım maşınları ilə Laçın sərhəd-keçid məntəqəsindən keçirlər;

- Helikopterlərlə daşınmanın həyata keçirilməsi üçün hava məkanından şərait yaradılıb;

İddialara görə, 100-dən çox yaralı tanınmaz haldadır, erməni mediasında yayılan fotolarda da yaralıların əsasən üzlərinin sarındığı görünür.

Baş verənlər partlayışın arxasında separatçıların dayandığı ehtimalına dair şübhələri daha da artırır:

Birincisi, prioritet yaralılara tibbi xidmət göstərməkdirsə, nə üçün daha yaxın məsafədə olan Ağdam, Sabirabad və Saatlı xəstəxanalarına gətirmirlər?!

İkincisi, yaralıların sayı ilə bağlı açıqlanan rəqəmlər nə dərəcədə doğrudur?!

Üçüncüsü, yaralıların əksəriyyətinin üzlərinin sarıqlı olması diqqət çəkir: yanğın nəticəsində üz nahiyəsinin yanması əsasən alova yaxın məsafədə baş verir, əgər iddia edildiyi qədər yaralı varsa, bu qədər insanın alova yaxın olması realdırmı?!

Bu şübhələr fonunda ən vacib detal separatçıların partlayışın təbii səbəblərdən baş verməsi haqda dedikləridir. Azərbaycanın bölgədə mərkəzi hakimiyyəti bərpa etdiyi vaxt separatçıların partlayışa görə günahı Bakının üzərinə yıxmaqdan imtina etməsi təəccüblüdür, xüsusilə Ermənistanda və beynəlxalq müstəvidə aparılan kampaniya fonunda. Separatçılar partlayışın təbii qəza olduğunu yalnız bir halda deyə bilərlər: hadisə təxribatdır və təşkilatçıları özləridir;

Partlayışa görə Azərbaycanı ittiham edərlərsə, rəsmi Bakının araşdırmanı nəzarətə götürməsi və həqiqətləri ortaya çıxarmasından çəkinirlər.

Bu amillər partlayışın hava məkanının açılmasına və separatçı “liderlərin” bölgədən qaçışına nail olmaq məqsədi daşıdığı versiyasını bir qədər də gücləndirir. İstisna deyil ki, üzü sarıqlı yaralılar arasında separatçılar var və onlar qaça bilmək üçün erməni əhalini qurban veriblər.

Tarix
2023.09.26 / 17:38
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla