Yuxarı

Millət vəkili Tailand rəhbərliyi ilə görüşdü – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Tailandın Çianqray şəhərinin rəhbərliyi ilə görüşüb.

Axar.az xəbər verir ki, deputat Azərbaycanla bağlı bütün istiqamətlərdə geniş məlumatlar verib və sualları cavablandırıb.

Görüş zamanı Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlının öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulması və Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.

Millət vəkili Tailandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və dəstəklənməsinə hər zaman böyük ehtiyacın olduğunu bildirib.

Q.Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Azərbaycan gənclərinə Tailandı və onun qədim və böyük bölgələrindən olan Çianqrayı daha geniş tanıdacaq sənədli filmin hazırladığını və tay dilində ölkəmizi tanıdacaq bir kitaba ciddi ehtiyac olduğunu deyib.

Görüşün sonunda millət vəkili Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi ilə bağlı materiallar hədiyyə edərək, onları ölkəsində görməkdən məmnun olacağını ifadə edib.

Tarix
2016.01.10 / 15:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla