Yuxarı

Pandemiya yenidən qayıda bilər? - Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiya yenidən qayıda bilər? - Professor

Pandemiya bitib və bu o deməkdir ki, bu virusla yenidən baş qaldıra bilməz. Həm COVİD-19 virusuna yoluxan xəstələrin, həm də vaksin olunanların hesabına infeksiya zənciri qırılıb. Demək olar ki, onlarda immunitet formalaşıb.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Professor bildirib ki, buna baxmayaraq, COVİD-19 pandemiyasını törədən virus tamamilə sıradan çıxmayıb:

“Onun Omikron ştammının mutasiya variantları davam edir və bu variantlar müxtəlif şəkildə özlərini göstərir. Virusun yoluxuculuğu xeyli yüksəlib, lakin onun öldürücülük qabiliyyəti aşağı düşüb. Əlbəttə, bu, bir müddət davam edəcək və nəticədə virus tamamilə yoxa çıxacaq. Digər variantda isə insanlarda hər il soyuqdəymə törədən adi viruslardan birinə çevrilə bilər. Nə qədər ki, virus tamamilə yoxa çıxmayıb, insanlar karantin qaydalarına əməl etməlidirlər. Artıq insanlar bunu pandemiya təcrübəsindən bilirlər”.

Adil Qeybulla qeyd edib ki, payız vaxtı xəstəliklərin çəkisi artır:

“Bu dövrdə təmiz havada gəzmək, idmanla məşğul olmaq, vitaminli qidalar qəbul etmək, fiziki aktivliyi artırmaq məqəsədəuyğundur”.

Tarix
2023.09.29 / 08:45
Müəllif
Əminə Tofiqqızı
Digər xəbərlər

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla