Yuxarı

NATO PA-da Zəngəzur təklifimiz qəbul edildi - Qaraqaya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO PA-da Zəngəzur təklifimiz qəbul edildi - Qaraqaya

Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyasına təqdim olunan Zəngəzur dəhlizi ilə bağlı mövzunun da yer aldığı təklif qəbul edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasının (PA) - İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mövlud Qaraqaya bildirib.

“Bir kəmər, bir yol” və Zəngəzur dəhlizinin hazırda ən aktual məsələ olduğunu deyən millət vəkili keçən il noyabrın 22-də NATO PA zamanı təklif olunan və hesabata əlavə edilən bənddə diqqəti yeni açılacaq Zəngəzur dəhlizi mövzusuna yönəltmək məqsədləri olduğunu vurğulayıb:

“Təklifdə Azərbaycanın Avroatlantik regionun enerji təchizatında oynayacağı rolu və Zəngəzur dəhlizinin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamışdıq. Bu, qəbul olundu. Zəngəzur dəhlizi regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından mühüm əhəmiyyət kəsb edir”.

M.Qaraqaya Zəngəzur dəhlizinin enerji təhlükəsizliyi və iqtisadi tərəqqi ilə yanaşı, türk dünyasına açılan qapı, Turana gedən yol adlandırıb:

“Qlobal, regional və əlaqələr baxımından bu dəhlizin bizim üçün əhəmiyyəti çox yüksəkdir. Çünki Zəngəzur dəhlizi qlobal iqtisadiyyata və təhlükəsizlik məsələlərinə verdiyi töhfədən əlavə, bizim üçün Azərbaycanın təhlükəsizliyidir, türk dünyasına açılan qapıdır, Turana gedən yoldur”.

Tarix
2023.09.29 / 09:21
Müəllif
Axar.az
Digər xəbərlər

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto

Bayramov monteneqrolu həmkarı ilə görüşdü

Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması...

Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək

Səfirlik: ABŞ Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla