Yuxarı

İrəvan Kremllə münasibətlərə nöqtə qoydu - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyədək Ermənistan Rusiya ilə strateji müttəfiq idi. Lakin Ermənistan bu münasibətləri pozmaq üçün lazım olan addımları atıb. KTMT-dən öz nümayəndəsini geri çağırıb, Avrasiya İttifaqı və Gömrük Birliyindən çıxmaq niyyətini ortaya qoyub. Yəni Ermənistan tərəfi və ilk növbədə Nikol Paşinyan Rusiya ilə körpüləri yandırmaqda davam edir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi haqda danışarkən deyib.

Politoloqun zənnincə, bu qərarın qəbulu münasibətlərə nöqtə qoymaq deməkdir:

“Artıq belə görünür ki, nə müttəfiqlik əlaqələri, nə Ermənistan ərazisində hərbi bazaların saxlanılması mümkün olacaq. Üstəlik, Ermənistan Qərbə doğru inteqrasiyadan da əl çəkməyəcək. Ermənistan ABŞ və Avropa Birliyinə sığınır və Moskva ilə əks qütbdə yer alır, bu isə münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq. Moskvada bəziləri “Ermənistanda dövlət çevrilişi apara bilərik” kimi təhdidlər səsləndirir. Bunlar ağlabatan deyil. Ermənistanın özündə də antirusiya əhval-ruhiyyəsi çox güclüdür”.

Q.Hüseynli bildirib ki, Ermənistana qarşı müxtəlif tələblər qoysa da, konkret addımlar atmağa Moskvanın cəsarəti çatmayacaq:

“Ya beşinci kolondan, ya da revanşistlərdən və Qarabağ klanının üzvlərindən istifadə edilərək Ermənistanda hansısa qarışıqlıq yaradıla bilər”.

Tarix
2023.10.04 / 08:15
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla