Yuxarı

Nikol “Zəngəzur Ermənistandır” desə, batdıq - Xaçikyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol “Zəngəzur Ermənistandır” desə, batdıq - Xaçikyan

Ermənistan hakimiyyəti bir dəfə demişdi: “Qarabağ – Ermənistandır və nöqtə”. Bundan sonra biz Qarabağı itirdik. Allah eləməsin ki, hakimiyyət “Zəngəzur – Ermənistandır və nöqtə” desin.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Artur Xaçikyan deyib.

“Biz bu qədər aşağılanmış vəziyyətdə olmamışıq. Türkiyə, İran, Azərbaycan Ermənistandan keçən dəhlizi İrəvan olmadan müzakirə edir. Türkiyə və Azərbaycan aqressiv formada dəhliz tələb edir: sən demə, dəhliz ən azı ikidir və bunlar strateji mahiyyət daşıyır”, - o bildirib.

Xaçikyan qeyd edib ki, Azərbaycan dəhlizdən heç də az aqressiv olmayan tərzdə Ermənistana 300 min azərbaycanlının qaytarılmasını tələb edir:

“Onların ardınca Azərbaycan polisi gələcək. Bundan başqa, onlar AES-in bağlanmasını tələb edirlər – istəyirlər, daş dövrünə qayıdaq. Həm də “erməni soyqırımı”ndan imtina etməyimizi də tələb edirlər”.

O iddia edib ki, dəhlizin açılmasından sonra təxribat təşkil ediləcək və ardınca Azərbaycan Ordusunun Ermənistan ərazisinə girməsinə şərait yaradılacaq.

Onun sözlərinə görə, Qərb dəhlizin açılmasında maraqlıdır, çünki Azərbaycan onda NATO üzvü olan Türkiyə ilə birləşəcək.

Xaçikyan Qərbin Ermənistana yardım etməyəcəyini, İranın da hərbi müdaxiləyə getməyəcəyini vurğulayıb:

“Ermənistan hakimiyyəti başqalarının maraqlarına xidmət edir, sözdən başqa bir şey verməyən Qərbi razı salmağa çalışır”.

Tarix
2023.10.04 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident yerli televiziya kanallarına müsahibə verdi

Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla