Yuxarı

Prezident göstərişi: güzəşt artır, ixrac genişlənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması ilə yanaşı, birmənalı şəkildə bu istiqamətə yönəldilən subsidiya və güzəştli kreditlərin həcminin çoxaldılması da gündəmdədir.

Bunu Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirəsindəki nitqini şərh edərkən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Azərbaycanda müqayisəli üstünlüklərə malik sektorların birmənalı şəkildə dəstəklənməsinə ehtiyac var:

"2016-cı ilin dövlət büdcəsi haqqında qanunda birbaşa aqrar sektora yönəldilən subsidiyaların verilmə mexanizminin təkmilləşməsi, həmçinin, prezidentin şəffaflığın, dövlət yardımının həcminin artırılması ilə bağlı hökumət qarşısında tapşırıqları var. Bu o deməkdir ki, hökumət prezidentin imzaladığı qanuna və verdiyi tapşırıqlara uyğun olaraq, aqrar sektorun daha yaxından dəstəklənməsini həyata keçirməlidir. Azərbaycan kənd təsərrüfatı sahəsində üstünlüyə malikdir. Nəzərə alaq ki, qonşu ölkələrə, xüsusən də Rusiya, Qazaxıstan və Yaxın Şərqə aqrar məhsulların ixrac edilməsində Azərbaycan olduqca əlverişli bazardır, məhsullarımızın bu bazarlarda satış imkanı çox genişdir. Bu sahənin inkişafı Azərbaycanda qeyri-neft ixracının artmasına gətirib çıxaracaq.

Neftin dünya bazarında qiymətinin aşağı düşməsindən dəyən ziyan qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi hesabına aradan qaldırılmalıdır".

V.Bayramov bildirib ki, aqrar və qeyri-neft sektorunun ixrac imkanlarını artırmaqla ölkəyə daxil olan valyuta həcmini artırmaq mümkün olacaq:

"Prezident son müşavirədə bildirdi ki, idxal-ixracda süni baryerlər mütləq aradan qaldırılmalıdır. Bu qərar aqrar sektorun ixrac imkanlarını genişləndirəcək və daha çox məhsulu ixrac etmək imkanı qazandıracaq. Bütün bunlara sözügedən sektorun dəstəklənməsinin bir elementi kimi baxılmalıdır".

Tarix
2016.01.13 / 09:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla