Yuxarı

Ərdoğandan Rusiyaya xəbərdarlıq: “İzn verməyəcəyik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Rusiyaya xəbərdarlıq: “İzn verməyəcəyik”

Rusiyanın Türkiyə sərhədlərində aviabaza tikməsinə icazə verməyəcəyik.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiyanın Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində aviabaza tikməsi barədə yayılan xəbərlərə münasibət bildirib:

"Rusiyanın Qamışlıya 100 hərbçisini göndərməsi barədə şayiələr gəzir. Biz bu məsələdə həssasıq. Türkiyənin sərhədlərində aviabazanın tikilməsinə icazə verməyəcəyik. Bizim mövqeyimiz qətidir. Sabah ABŞ vitse-prezidenti Co Baydenlə bunu müzakirə edəcəyik".

Qeyd edək ki, Rusiya bir neçə gün öncə 100 hərbçisini Qamışlıdakı hökumət qüvvələrinin nəzarətində olan aerodroma göndərib. İddialara görə, Rusiya burada aviabaza tikməyi planlaşdırır.

Tarix
2016.01.22 / 16:58
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla