Yuxarı

Bakı-İrəvan sazişinin harada imzalanması... - AB

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu kontekstdə AB-nin mütləq kiminsə tərəfində olması lazım deyil. Biz, xüsusən də Prezident Mişel öz dostluq xidmətlərimizi təklif etdik.

Axar.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni jurnalistin Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsilə bağlı sualını cavablandırarkən deyib.

“Bizim əsas marağımız Ermənistanla Azərbaycan arasında razılığın olmasıdır. Müqavilənin sonda harada imzalanacağı bizim üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin real nizamlanması faktından daha az əhəmiyyət kəsb edir. Prezident Əliyevin Qranadaya gəlməmək qərarına gəlincə, məyus olduq, düşünürdük ki, bu, güclü siqnallar göndərmək üçün əla fürsət və çox vacib forumdur. Prezident Mişel hələ də hazırdır və mümkün qədər tez Brüsseldə liderlərin görüşünü təşkil etmək istəyir. Tarixlər, əlbəttə ki, vacibdir. Amma ən əsası irəli getməkdir və münasibətlərin real həllinə doğru irəliləyişə təkan verməyə çalışaraq diqqətimizi məhz buna yönəldirik”, - Klaar bildirib.

Tarix
2023.11.20 / 15:05
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla