
1174-cü gün: Rusiyanın itkiləri yeniləndi
11:06
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Qazaxda yeniyetmənin faciəvi şəkildə ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, mayın 9-u saat 22:20 radələrində 2009-cu il təvəllüdlü yeniyetmə (kişi cinsli) skuter sürərkən ağır xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə o, təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm faktı saat 23:40-da qeydə alınıb.
Hadisənin hansı şəraitdə baş verdiyi, skuter qəzasının səbəbləri və digər detallar araşdırılır.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Tarix
2025.05.11 / 16:44
|
Müəllif
Axar.az
|