Yuxarı

Blogerlərin reklamına aldandılar: pullarını itirdilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin Tiktok reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, onlar tanınmış blogerlərin də reklam etdiyi “Daşqın əmlak ofisi” adlı şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.

Zərərçəkənlərdən birinin sözlərinə görə, həmin şirkəti Tiktokda görüb.

Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran Miri və Tərlan adlı blogerlər olub. Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var.

Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.

Tarix
2025.05.12 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi

Bayramov Bəhreyn baş naziri ilə görüşdü

Yaşar Gülər Azərbaycana gəlir

Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı

Bir neçə aya Azərbaycanı tərk edəcəyəm - Dik

Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşdü

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla