
ABŞ-dan İrana növbəti sanksiyalar...
20:40
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
ABŞ və Çin qarşılıqlı olaraq ticarət tariflərini 90 günlük müddətə azaltmaq barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton Çin mallarının böyük əksəriyyəti üçün tarifləri 30%-ə endirəcək. Öz növbəsində, Pekin Amerika məhsullarına tətbiq olunan rüsumları 10%-ə qədər azaldacaq.
Ağ Evin yaydığı bəyanatda bildirilir ki, bu dəyişikliklər 14 may tarixindən qüvvəyə minəcək.
Hazırda ABŞ-ın Çin mallarına tətbiq etdiyi tariflər 145%, Çinin isə ABŞ məhsullarına olan tarifləri 125%-dir.
Tarix
2025.05.12 / 14:02
|
Müəllif
Axar.az
|