Yuxarı

Abituriyentlər belə aldadılır - DİM-dən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abituriyentlər belə aldadılır - DİM-dən açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kəsrlərin düzəldilməsi, hər hansı imtahan ballarının artırılması və s. qeyri-real çağırışlar etməklə vətəndaşların aldadılmasına cəhd olunur.

Bunu Axar.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

“Abituriyentlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Həmin şəxslər hətta başqa saxta hesablar vasitəsilə öz postlarının altında guya onlara kömək göstərildiyini yazırlar.

İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz. İstifadəçilər konkret aldadılma faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”, - Xanlarzadə bildirib.

Tarix
2025.05.12 / 17:32
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla