Yuxarı

Tramp məqsədinə çatdı: ABŞ 130 milyard dollar qazanacaq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp məqsədinə çatdı: ABŞ 130 milyard dollar qazanacaq...

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşdı və razılaşma əldə olundu. ABŞ Çinə tətbiq etdiyi 145%-lik tarifləri 30%-ə, Çin isə ABŞ mallarına tətbiq etdiyi 125%-lik tarifləri 10%-ə saldı. Yəni Tramp istəyinə çatdı, bu tariflərdən ABŞ 130 milyard dollar əlavə qazanc əldə edəcək. Bundan başqa, Çin öhdəlik götürüb ki, ABŞ-dan daha çox mal-məhsul alacaq.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Cəfərlinin sözlərinə görə, Trampın tarif siyasəti ABŞ-a gündə təxminən 2 milyard dollar əlavə gəlir gətirəcək və bu vəziyyət digər ölkələr üçün də müsbət nəticələr vəd edir:

“O ki qaldı “tariflər ABŞ-da inflyasiyanı artıracaq” tezisinə, bu fikri səsləndirənlər iqtisadiyyata formal və düzxəttli baxışa malik olanlardır. Hazırda ABŞ-da benzin ucuzlaşır – bu, inflyasiyaya təsir edərək qiymətləri aşağı salır. Trampın vergi endirimləri də inflyasiyanı azaldan amillərdən biridir”.

Ekspert hesab edir ki, bu razılaşma həm ABŞ iqtisadiyyatı, həm də qlobal bazar üçün mühüm dönüş nöqtəsi ola bilər.

Tarix
2025.05.12 / 16:11
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla