
Şara ərəb birliyinin sammitinə getməyəcək
00:41
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
"SOA Leasing" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən lizinq şirkəti ötən il iyun ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ruslan Nizami oğlu Alıyev olan şirkətin nizamnamə kapitalı 136 000 manat təşkil edir. Şirkət passiv vergi ödəyicisi kimi bilinir, ancaq hər hansısa vergi borcu qeydə alınmayıb.
Yeri gəlmişkən, "Gözəllik" ASC də ləğv olunduğunu elan edib. Şirkət 28 906 manat nizamnamə kapitalına malikdir, qanuni təmsilçisi isə Teymur Turab oğlu Xudiyevdir.
Tarix
2025.05.12 / 19:50
|
Müəllif
Axar.az
|