Yuxarı

Ərdoğan PKK-nın ləğvini belə şərh etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ölkə gündəmindən terror problemi məsələsini tamamilə çıxarmaq hədəfinə doğru qətiyyətlə irəliləyir. Bu gün “Terrorsuz Türkiyə” yolunda kritik mərhələ geridə qalıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən hökumətin iclasından sonra deyib.

Türkiyə lideri PKK-nın buraxılması ilə bağlı qərardan sonra yeni bir səhifənin açılacağına ümid etdiyini bildirib:

“Terrorçular silahları yerə qoyacaqlarını bəyan ediblər. Bu qərarı önəmli hesab edirik. Terror təşkilatı tamamilə aradan qaldırıldıqdan sonra yeni bir səhifə açılacaq. İmperialistlərin planlarına ölümcül zərbə vurulacaq. Qalib gələn Türkiyə və türk xalqı olacaq”.

Ərdoğan bəyan edib ki, Türkiyənin dövlət qurumları, o cümlədən xüsusi xidmət orqanları bu prosesin gedişini diqqətlə izləyəcəklər.

Qeyd edək ki, PKK terror təşkilatı özünü buraxdığını elan edib.

Tarix
2025.05.12 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla