Yuxarı

Pentaqondan Ukraynaya böyük şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Müdafiə Nazirliyinin sursat ehtiyatlarına yenidən baxıldıqdan sonra zenit raketləri, artilleriya mərmiləri və yüksək dəqiqlikli silahların ümumi sayının azalması ilə bağlı narahatlıqlar yaranıb. Bu qərar Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbinin təşəbbüsü ilə qəbul edilib”, – deyə materialda bildirilib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Bayden administrasiyası dövründə vəd edilmiş yardımın bir hissəsinin dayandırılması ilə bağlı ilkin qərar hələ iyunun əvvəlində qəbul edilib. Lakin qərar yalnız indi – Ukraynanın Kiyev və digər şəhərlərdəki mülki obyektlərə qarşı həyata keçirilən ən genişmiqyaslı raket və dron hücumlarını dəf etdiyi bir vaxtda qüvvəyə minir.

Tarix
2025.07.02 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla