Yuxarı

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının düşdüyü qəza ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki , hadisə ötən ilin iyun ayında Şabran rayonunun Dəvəçi kəndində baş verib.

“Şaqman” yük avtomobili ilə “Mersedes” markalı minik avtomobili toqquşub.

Nəticədə Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Pəri Vəliyeva, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 1994-cü il təvəllüdlü Vahid Əmirli qəza zamanı aldığı xəsarətlərdən ölüb.

İstintaq araşdırması zamanı qəzaya “Şaqman” sürücüsünün səbəbkar olduğu müəyyən edilib.

Yük avtomobilinin sürücüsü olan Quba rayon sakini 1977-ci il təvəllüdlü Vüsal Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 1997-ci ildən etibarən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir:

“Son dəfə sürücülük vəsiqəsini 2018-ci ildə dəyişmişəm. Hazırkı sürücülük vəsiqəm də “BC” kateqoriyalıdır. Avtomobil idarə etdiyim müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişəm və srücülük hüququndan məhrum olunmamışam.

Mirzə Muradxan oğlunun mülkiyyətində olan “Şaqman SX 331” yük markal nəqliyyat vasitəsini 2023-cü ildən başlayaraq etibarnamə əsasında idarə edirəm. Texniki cəhətdən saz vəziyyətdə olan yük avtomobili ilə bir aydır ki, Şabran şəhərində yerləşən “Kolin” adlı şirkətinin ərazisindən orta ölçülü doğranmış daşlardan ibarət yükü Xaçmaz rayonunun Yalama kəndindəki təmir işləri aparılan dəmir yol stansiyasına daşımışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü il iyulun 1-də saat 7:40-da idarə etdiyi yük avtomobili ilə işə gedərkən yolda həyat yoldaşı Aynur Şahverdiya mobil telefonuna zəng vurub və xroniki ürək xəstəsi olan kiçik qızı Vəfanın qəfildən halının pisləşdiyini deyib, ondan təcili evə qayıtmasını xahiş edib:

“Zəngdən sonra evə qayıdası oldum. Saat 7:55-də idarə etdiyi yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçi kəndi ərazisindən keçən 127,5-ci kilometrində Quba istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxardım. Yolun Quba və Bakı istiqamətlərində olan hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçiddən geriyə dönərək yolun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil oldum.

Bakı istiqamətindən gələn avtomobillərin uzaqda olduğunu zənn etdim, saatda 10-15 kilometr sürətlə yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsinə daxil oldum. Bu zaman Quba rayonu istiqamətində hərəkət edən “Mersedes Benz E 200” markalı minik avtomobilinin qabaq sağ tərəfi ilə idarə etdiyim yük avtomobilinin sol yan hissəsi arasında toqquşma baş verdi.

İdarə etdiyim avtomobildən düşəndən sonra məlum oldu ki, hadisə nəticəsində “Mersedes Benz E 200” minik markalı minik avtomobilin sürücüsü İlqar Abdullayev, arxa oturacaqda əyləşmiş sərnişinlər – Pəri Vəliyeva və Seyidağa Səmədov müxtəlif ağır bədən xəsarətləri alıblar. Həmin minik avtomobilində qabaq sağ oturacaqda əyləşmiş sərnişin Vahid Əmirli isə hadisə nəticəsində aldığı ağır xəsarətlər səbəbindən ölüb.

Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün hər üç xəsarət almış şəxsi Şabran Rayon Mərkəzi Xəstəxanasına, mərhum Vahid Əmirlinin meyitini isə rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya apardılar. Mən hadisə zamanı heç bir xəsarət almamışam və hadisə yerində olmuşam. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş polis əməkdaşları mənim iştirakım ilə hadisə yerinə baxış keçirdilər”.

İş üzrə zərərçəkmiş Vahid Əmirlinin hüquqi varisi qismində ifadə verən atası Seymur Əmirlinin sözlərinə görə, üç oğul övladı var, mərhum onun ortancıl oğlu idi: “Vahid 2019-cu ildə ailə qurub, 4 yaşlı Elnarə adlı qızı var. O, 2019-cu ildə Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində işə qəbul olunub, Samur Gömrük postunda mühafizəçi işləyib, rütbəsi gömrük xidməti kapitanı olub”.

“Mersedes” markalı avtomobilin sürücüsü İlqar Abdullayev zərərçəkmiş qismində ifadə verib. O, bildirib ki, hadisə zamanı ölən və yaralanan Dövlət Gömrük Komitəsinin işçiləri onun avtomobili ilə işə gediblər, onun özü taksi sürücüsü olub. Həmin şəxsləri Bakıdan rayon aparırmış.

Onu da qeyd edək ki, yaralanan zərərçəkmişlərdən biri Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Samur Gömrük Postunda böyük inspektoru, digəri isə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Samur Gömrük Postunda baş müfəttiş vəzifəsində xidmət edib.

Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilib. O, dərhal məhkəmə iclas zalından həbs edilib.

Tarix
2025.05.12 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü

Tramp məqsədinə çatdı: ABŞ 130 milyard dollar qazanacaq...

PKK-nın özünü ləğvetmə qərarının şifrələri: nələr olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla