Yuxarı

Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər

Proqnozlara əsasən, ölkə ərazisində bu il sululuğun normaya yaxın və bir qədər az olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bunu APA-ya Coğrafiya İnistitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov bildirib.

O qeyd edib ki, intensiv yağışlar bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinə səbəb ola bilər:

"Amma Kür çayının aşağı axınında, səviyyənin qalxmasından asılı olaraq, düşən yağışlar hesabına güclü subasma hadisələri müşahidə olunmayacaq. Qısamüddətli yağışlar zamanı Kür çayının aşağı axınında səviyyənin artması bəzi hallarda zəif olsa da, subasmaya səbəb ola bilər. Amma güclü olacağı gözlənilmir, çünki builki sululuq normaya yaxın olacaq”.

Onun sözlərinə görə, Azərbaycanın mövcud hidroloji şəraiti hər il qış dövründə yüksək dağlıq ərazilərdə, çay hövzələrində toplanan su ehtiyatlarının aylıq və fəsillik metroproqnozlara əsaslanır:

"Burada xüsusən yağıntı və temperatur məlumatları nəzərə alınır. Ölkə ərazisində birinci rübdə yağıntılar normanın 67%-ni təşkil edib. 2024-cü ildə bu yağıntılar normanın 119%-ni təşkil edib. 2025-ci ildə qış dövrünə düşən qar örtüyündə orta aylıq sululuq cəmi 28% təşkil edib. Amma 2024-cü ildə bundan xeyli çox, 43.4%-ni təşkil edib. Hətta Kür çayının Gürcüstan, Türkiyədə olan hissəsində qar örtüyünün qalınlığı, sululuğu normadan aşağı olub. Amma bununla belə, builki yağıntılar istər Kür çayında, istər dağ çaylarında səviyyənin, sululuğun artmasına səbəb olur. Məsələn, Kür çayının Azərbaycana daxil olan hissəsində Qıraq Kəsəmən məntəqəsində su anbarlarında səviyyə 5.17 kubmetr olub ki, bu da normanın 110 faizini təşkil edir”, - o vurğulayıb.

O, həmçinin qeyd edib ki, Avropa Proqnozlar Mərkəzinin məlumatına görə, regionda bu il orta çoxillik temperaturların normadan çox - 0.5-1 dərəcəyə qədər, yağıntıların isə normadan aşağı olacağı gözlənilir:

"Tədqiqatlara görə, yağıntılar normadan aşağı olsa da, qısamüddətli intensiv yağıntıların dinamikası artır. Bu da çaylarda sululuğu artırır və qısamüddətli daşqınlara səbəb olur. Hətta Kür çayının aşağı axınında subasma hadisələri olur. Yəni, səviyyənin artması subasma hadisəsidir. Kür çayının Qıraq Kəsəmən məntəqəsində Şəmkir su anbarlarında gözlənilən su sərfi bu il 525-585 metrkub saniyə arasında gözlənilir. Bu da çoxillik normaya yaxındır".

Tarix
2025.05.12 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla