Yuxarı

Gecikdirilmiş 110 min manat işçilərə ödənildi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Axar.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Onun 88,9 faizi əmək haqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Tarix
2025.05.12 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi

Bayramov Bəhreyn baş naziri ilə görüşdü

Yaşar Gülər Azərbaycana gəlir

Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı

Bir neçə aya Azərbaycanı tərk edəcəyəm - Dik

Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşdü

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla