Yuxarı

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri cənab Piter Kosqrova təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Məktubda qeyd edilir: "Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstraliya münasibətlərinin son vaxtlar genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim sülh və firavanlıq arzulayıram".

***

Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə təbrik məktubu göndərib.

"Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Hindistan arasındakı münasibətlərin xoş ənənələri mövcuddur. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - məktubda qeyd edilir.

Tarix
2016.01.25 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

UNESKO bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla