Yuxarı

Nazir xarici ölkələrin səfirləri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikası, İsveçrə, Çexiya və Qazaxıstanın ölkəmizdəki səfirləri Kim Çanq Gyun, Filip Stalder, Vitezlav Pivonka və Beybit İsabayevi qəbul edib.

Axar.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüşlərdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi vurğulanıb.

Nazir Ə. Qarayev səfirlərə 2016-cı ilin 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib və təmsil etdikləri ölkələrin Forumun işində yaxından iştirakının əməkdaşlığımıza böyük töhfələr verəcəyini bildirib.

Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və bildirilib ki, gələcəkdə də ölkələr arasında musiqi festivallarının, birgə mədəniyyət günlərinin keçirilməsi, muzey, kitabxana, kino sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Tarix
2016.01.27 / 00:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla