Yuxarı

İlham Əliyev: “Sahibkarın yanına gəlib deyirlər ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: “Sahibkarın yanına gəlib deyirlər ki…”

Xarici səfərlərdə Azərbaycan sahibkarlarını təbliğ edirəm, istəyirəm onlar xaricdə fəaliyyət göstərsinlər.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı üçün normal şərait yaradılmalıdır:

"Sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait qoysunlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istəyirdim ki, bizim firmalar dünya bazarlarına çıxsınlar, onları tanısınlar. İndi söhbət düşmüşkən deyim ki, mən həmişə, hətta xarici səfərlərdə Azərbaycan sahibkarlarını təbliğ edirəm, istəyirəm onlar xaricdə fəaliyyət göstərsinlər. Ancaq indiki şəraitdə sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır. Sahibkarlar, əlbəttə, məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər. Bunu etmək üçün vergi uçotu düzgün aparılmalıdır. Çünki bəzi hallarda sahibkarın yanına gəlib deyirlər ki, sən filan qədər verməlisən. Yəni, dövlətə verməlisən, mən bunu nəzərdə tuturam. Bəzən yəqin ki, başqa hallar da var. Amma bu da sahibkarları narahat edir. Çünki sahibkar əldə etdiyi gəlirə görə vergi verməlidir. Ona görə burada uçot ən vacib məsələdir. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər və kənd təsərrüfatına, emal sənayesinə, sənaye materiallarının istehsalına vəsait qoymalıdırlar".

Tarix
2016.01.27 / 13:10
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalandı

Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi regiondur...

Mirziyayev İlham Əliyevi təbrik etdi: Diplomatiyanızın qələbəsi

İlham Əliyev Mirziyayevi Azərbaycana səfərə dəvət etdi

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla