Yuxarı

“Hayasat-1” peyki İrəvana hansı üstünlüklər verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hayasat-1” peyki İrəvana hansı üstünlüklər verir?

Ermənistanın kosmosa buraxdığı "Hayasat-1" yerli peykinin hər hansı funksionallığı və ya xüsusi təyinatı yoxdur.

Bunu Axar.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, çəkisi 1 kiloqram olan peykin Ermənistan üçün heç bir faydası olmayacaq:

“Burada əsas diqqət çəkən məqam peykin yerli istehsal olmasıdır. Bu peyk vasitəsi ilə nə izləmə, nə də hər hansı müşahidə aparmaq olacaq”.

O.Gündüz əlavə edib ki, idarə edilməsi ermənilərdə olsa da, peyk heç bir əlavə və ya xüsusi imkanalara da malik deyil:

“Ermənilər bu peyki kosmosa buraxmaqla bir növ özlərinin qüvvə və potensiallarını test etmək istəyirlər. Buna görə də peykin idarə olunması Ermənistan tərəfindən həyata keçiriləcək”.

Məlumat üçün bildirək ki, dekabrın 1-i saat 21:00-da Kaliforniyada yerləşən “Vandenberq” bazasından Ermənistanın ilk yerli peyki olan “Hayasat-1” kosmosa buraxılıb. Peyk artıq Yerə siqnallar ötürür.

Tarix
2023.12.04 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla