Yuxarı

AMEA-da yeni mərkəz yaradılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzi təsis ediləcək.

Axar.az AMEA-nın saytına istinadən xəbər verir ki, Rəyasət Heyətinin qərarı ilə AMEA-nın nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzi təsis ediləcək. 2016-cı ildə AMEA, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun iştirakı ilə "Dünya multikulturalizm modelləri" mövzusunda lektoriya təşkil olunacaq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi ilə birgə "Multikulturalizm ensiklopediyası" hazırlanacaq. Bundan əlavə, akademiyada fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlara multikulturalizm üzrə elmi tədqiqat mövzularının verilməsi nəzərdə tutulub.

Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev "Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.

Dövlət müşaviri ölkədə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini və bu sahədə uğurlu siyasətin aparıldığını bildirib.

Akademik multikultural təhlükəsizliyin əsasını təşkil edən istiqamətlərdən bəhs edərək deyib ki, hər bir ölkə öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir. "Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir".

K.Abdullayev bildirib ki, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, ölkədə milli müxtəlifliyin qorunmasına dövlət qayğısının göstərilməsi, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin mühafizəsinə dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.

Tarix
2016.01.27 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla