Yuxarı

Bakının İrəvana təzyiqi nəticə verir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Minsk Qrupundan imtina etməsi və həmsədrlikdə görmək istədiyi dövlətlərlə bağlı məsələ geniş müzakirə olunur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, Bakının Minsk Qrupundan imtina etməsinin İrəvanın işinə yarayacağını bildirib:

"İrəvan dərhal beynəlxalq aləmdə özünü "sülhpərvər" kimi göstərməyə çalışacaq. Onsuz da həmsədrlər Ermənistanın xeyrinə status-kvonu saxlayırlar. Bakı Minsk Qrupundan imtina edərsə, danışıqlara son verən tərəf olacaq. Bu da müharibə anlamına gələcək ki, nəticədə də Avrasiya bölgəsində enerji və tranzit layihələri təhlükə altında qala bilər. Ona görə də rəsmi Bakı indiki şərtlər daxilində müharibə qərarı verməyə tələsməyəcək".

Politoloqun sözlərinə görə, Azərbaycan həmsədrlikdə Almaniya və Türkiyənin olmasından yanadır:

"Buna görə də rəsmi Bakı ATƏT-in mənzil qərargahında - Vyanada Minsk Qrupunun bütün üzv dövlətlərinin iştirakı ilə konfrans keçirməyi təklif edir.

İndiki şəraitdə yeganə alternativ Ermənistanı və Dağlıq Qarabağ separatçılarını təzyiq altında saxlamaqdır. Bu, az da olsa, müsbət nəticə verir. Ermənistan azalan insani və maliyyə potensialını işğal altındakı torpaqların qorunmasına xərcləyir və bu potensial getdikcə tükənir", - deyə politoloq qeyd edib.

Tarix
2016.02.09 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla