Yuxarı

PKK liderləri Qarabağda yerləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK liderləri Qarabağda yerləşir

PKK terror təşkilatının yüksək vəzifəli şəxsləri Qəndildən Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa yerləşməyə başlayıb.

Axar.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bunu Türkiyənin Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib.

O, Ermənistanın PKK-ya Qarabağdan hərbi baza kimi istifadə etməsinə icazə verdiyini bildirib:

"Türkiyənin anti-terror əməliyyatlarına görə çətin vəziyyətə düşən PKK rəhbərliyi Qəndili özlərini daha rahat hiss etdikləri və hərbi düşərgələrin olduğu Dağlıq Qarabağla əvəzləyiblər. Ermənistan Qarabağa PKK və digər təşkilatları yerləşdirməklə üstünlük qazanmaq istəyir. Azərbaycan ordusunun işğal altındakı torpaqları geri almaq üçün döyüşə hazır olduğunu bilən və bu cür təşkilatların gücünə ehtiyac duyan Ermənistan PKK-nın Qarabağdan baza kimi istifadə etməsinə icazə verib. Rusiya ilə Ermənistan tarixən Qafqaz kürdlərindən məqsədləri üçün istifadə edib. Onlar yaratmaq istədikləri Qızıl Kürdüstan kartını yenidən PKK ilə oynamaq istəyirlər. Bunun nə kürdlərə, nə də region xalqına faydası olacaq. Qafqaz kürdləri bu tələyə düşməməlidir. Türkiyə ilə Azərbaycan bu məsələdə lazımi tədbirləri görməli, Rusiya ilə Ermənistanın hiyləgər oyununa son verməlidirlər".

Tarix
2016.02.09 / 16:28
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla