Yuxarı

Ərdoğan BMT-yə od püskürdü: “Axmaq…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan BMT-yə od püskürdü: “Axmaq…”

Ey BMT, sən nə işə yarayırsan? Sənin vəzifən nədir?

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənc iş adamları ilə görüşü zamanı deyib.

Ərdoğan BMT-nin Türkiyənin sərhədlərini suriyalı qaçqınlara açması barədə çağırışına sərt reaksiya verib:

"Bəşər Əsəd iqtidarını qorumaq üçün terrorçularla əməkdaşlıq edir. Suriyadan ölkəmizə yeni köç dalğası başlayıb. Vəziyyətləri kritik olanları qəbul etdik, 35 min suriyalı isə sərhəddə gözləyir. Rusiya və Əsəd rejiminin hücumları davam edərsə, bu rəqəmin 600 minə çıxma ehtimalı var. BMT-nin sərhədlərimizi suriyalılara açmaqla bağlı çağırışı qeyri-səmimilikdir. Ey BMT, sən nə işə yarayırsan? Sənin vəzifən nədir? Bu günə qədər qaçqınlara 10 milyard xərcləyən Türkiyəyə 455 milyon dollar yardım etdin. Bu ayıbdır. Bəzi ölkələr 100, 300, bəziləri isə min miqrant qəbul edib. Lakin bu gün Türkiyədə 3 milyona yaxın qaçqın var. Bağışlayın, bizim alnımızda "axmaq" yazılmayıb. Lazım olanı edəcəyik. Bizdən sərhədlərimizi açmağımızı istəyənlər digər ölkələrə də nəsihət versinlər. Biz də miqrantları həmin ölkələrə göndərək".

Qeyd edək ki, BMT 2 gün öncə Türkiyəyə Suriya ilə sərhədlərini açması barədə çağırış edib.

Tarix
2016.02.11 / 15:04
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla