Yuxarı

"Bu sahədə əməkdaşlıq təhlükəsizliyin təminatıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyanada Avstriya Parlamentinin binasında "Avropa təhlükəsizlik siyasəti: Neytral və bloklara qoşulmayan dövlətlər üçün yeni çağırışlar və imkanlar" mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfrans Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutu və Avstriya-Azərbaycan parlamentlərarası işçi qrupu tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Avstriya Respublikası Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin təhlükəsizlik siyasəti idarəsinin rəhbəri Qerhard Yandl əsas məruzəçi qismində çıxış ediblər.

Konfransı giriş sözü ilə Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutunun rəhbəri, Avstriyanın keçmiş müdafiə naziri Verner Fasslabend açaraq, Azərbaycan ilə Avstriya arasındakı ikitərəfli əlaqələrin inkişaf etdiyini, Avropanın müxtəlif bölgələrində yerləşmələrinə baxmayaraq hər iki ölkənin ortaq cəhətlərə malik olduğunu bildirib. Azərbaycan və Avstriyanın Avropada təhlükəsizliyin təminatında özünəməxsus rol oynadığı vurğulanıb.

Xarici işlər nazirinin müavini Araz Əzimov isə çıxışında Cənubi Qafqaz regionunda təhlükəsizlik çağırışları, davam edən qlobal maliyyə-iqtisadi böhran kontekstində Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətlərində atılan addımlar, aparılan məqsədyönlü islahatlar barədə məlumat verib. O, dünya bazarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanın çevik və düşünülmüş addımları sayəsində iqtisadi sabitliyi təmin edə bildiyini, əlverişli olmayan beynəlxalq iqtisadi şərtlərə rəğmən ümumi daxili məhsulun keçən il 1,5 faiz artmasına nail olduğunu xüsusi vurğulayıb. Nazir müavini Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışına istinad edərək, Azərbaycanın yeni iqtisadi şəraitdə sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları kimi sahələrin inkişafına xüsusi diqqət ayırdığını, həmçinin müxtəlif regional və trans-regional layihələrin gerçəkləşdirilməsində fəal rol oynadığını qeyd edib.

Daha sonra Araz Əzimov diqqəti Azərbaycanın hazırda beynəlxalq və regional sabitlik və təhlükəsizliyə töhfə verən etibarlı tərəfdaş olduğuna cəlb edib. Qeyd edib ki, Azərbaycanın region və regiondan kənar ölkələrlə ikitərəfli iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı regionda sülhün və təhlükəsizliyinin təminatıdır.

Araz Əzimov Azərbaycan və Avstriyanın neytral və heç bir hərbi bloka qoşulmamasını vurğulayaraq, pan-Avropa təhlükəsizlik sistemində neytral və bloklara qoşulmayan ölkələrin yeri və rolu ətrafında fikirlərini bölüşüb, bu qrup ölkələrin üzləşdiyi çağırış və hədələrin aradan qaldırılması istiqamətində atılmalı olan addımları qeyd edib.

Tarix
2016.02.13 / 01:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla