Yuxarı

Papikyan İranın riyakar simasını ifşa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papikyan İranın riyakar simasını ifşa etdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın Ermənistana hərbi texnika göndərməsini şərh edərkən deyib ki, İran Ermənistanın Fransa ilə hərbi əməkdaşlığına hörmətlə yanaşır. Maraqlıdır, “bölgəyə aidiyyəti olmayan ölkələr Cənubi Qafqaza müdaxilə etməsinlər” tələbini irəli sürən İran rəsmilərinin, din xadimlərinin, diplomatlarının, generallarının həqiqətənmi İrəvana deyəcəkləri sözü yoxdur?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastyan Lekornu ilə İrəanda keçirdiyi görüşdə səsləndirdiyi fikirləri şərh edərkən qeyd edib.

Ekspert bildirib ki, Azərbaycan hansısa Qərb ölkəsindən silah və hərbi texnika alsaydı, Tehranın Bakı əleyhinə açıqlamaları ard-arda gələrdi:

“Söhbət Ermənistandan getdiyinə görə susurlar. Tehran Avropa Birliyinin hərbi müşahidə missiyasının Ermənistan ərazisində İranla sərhədə yaxın ərazidə yerləşməsinə də seyrçidir. Deməli, Tehran mübarizə apardığı hər hansı Qərb ölkəsinin istənilən antiazərbaycan siyasətinin yanındadır”.

Tarix
2024.02.23 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla