Yuxarı

Ərdoğanın Gəncə səfəri təxirə düşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gəncəyə sabaha planlaşdırılan səfəri təxirə düşüb.

Türkiyənin Azərbaycandakı səfirliyindən ANS-ə verilən məlumata görə, buna səbəb havanın dumanlı olmasıdır.

"Türkiyə prezidentinin təyyarəsi sabah Gəncəyə deyil, birbaşa Bakıya gələcək. Havanın dumanlı olması ilə əlaqədar Gəncədə planlaşdırılan görüş də çox güman ki, Bakıda keçiriləcək", - deyə səfirlikdən bildirdilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək. Onun Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı.

İclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafı və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqların baş tutacağı, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələrin müzakirə olunacağı gözlənilirdi. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Azərbaycana Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin gələcəyi gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib.

Qatı duman səbəbindən Gürcüstanın paytaxtı Tiflisin beynəlxalq hava limanı da 10-a yaxın aviareysi qəbul edə bilməyib. Qəbul edilə bilinməyən reyslər arasında İstanbuldan gələn reys də olub. Bu reys vasitəsilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstana gəlməli idi. Hava şəraitinə görə, M.Çavuşoğlunun Gürcüstana rəsmi səfəri təxirə salınıb.

Tarix
2016.02.17 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Libbi Şuşaya niyə getdi? - Millerdən ermənilərə cavab

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla