Yuxarı

“Rusiya yaxın gələcəkdə parçalanacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın iqtisadi böhranla üz-üzə qaldığı bir dövrdə Suriyada hərbi əməliyyatlara qoşulması ölkə daxilində narazılıqların artmasına səbəb olub. 10 generalı ordudan qovan Putin Sovet İttifaqının Əfqanıstanda yol verdiyi səhvləri təkrarlayır.

Axar.az xəbər verir ki, bu sözləri məşhur türkiyəli politoloq Aygün Attar "Əfqanıstan sindromu" başlıqlı analizində qeyd edib.

Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynadan sonra Suriyada hərbi əməliyyatlara başlaması şimal qonşumuza baha başa gələcək:

"Rusiya Türkiyəyə qarşı ABŞ ilə yaxınlaşmalıdır. Çünki ABŞ-ın vitse-prezidenti Co Bayden sonuncu dəfə Ankaradan Suriyanın şimalında bombarmanı dayandırmağı tələb etmişdi. Bu xəbərdarlıq Rusiya ilə ABŞ-ın Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı birləşməsi üçün ciddi əsasdır. Lakin Moskva bu yolu seçmədi. Artıq Putinin hazırladığı strategiyaya qarşı çıxanlar var. Xüsusilə iqtisadiyyatdakı texnokratlar böhran içində olan ölkənin böyük bir xaosa sürükləndiyinin fərqindədir.

Rusiya dövlət tarixinin heç bir dövründə vahid bir dövlət olmayıb. Suriyada "Əfqanıstan sindromu" ilə qarşılaşırıq. Sovet İttifaqı 1979-ci ildə Kabil rəhbərliyinin çağırışından sonra ölkəni işğal etmişdi. Lakin işğal məğlubiyyətlə bitdi və sonda İttifaq dağıldı. Putin rejiminin Suriya macərası da bənzər hadisəni xatırladır. Fikrimcə, Suriyadakı mövqeyini davam etdirsə, yaxın gələcəkdə Rusiya parçalanacaq".

Tarix
2016.02.18 / 09:09
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla