Yuxarı

Türkiyə ilə əlaqələrin dünyada bənzəri yoxdur - Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə əlaqələrin dünyada bənzəri yoxdur - Bayramov

Dövlətlərarası münasibətlər baxımından Azərbaycan Respublikasının prioriteti bütün xarici dövlətlərlə qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması, dostluq, bir-birinin işinə qarışmama prinsipindən çıxış edərək əlverişli münasibətlərinin yaradılmasıdır. Ancaq hər bir dövlət üçün olduğu kimi, təbii ki, Azərbaycan üçün də bütün - 200-ə yaxın dünya dövləti ilə eyni səviyyədə və müstəvidə münasibət qurmaq mümkün deyil. Hər bir dövlət üçün ona daha yaxın dövlət var ki, onlarla münasibətlər daha üst səviyyədə olur, daha geniş əlaqələr mövcuddur. Bəzi ölkələrlə müəyyən sahələrdə əməkdaşlıq həyata keçirilir, digər dövlətlərlə isə normal münasibətlər davam edir.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində mətbuata açıqlamasında bildirib.

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan nazir deyib ki, bu münasibətlər hər sahədə yüksək səviyyədədir və artan dinamika ilə davam edir.

Bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dünyada bənzəri yoxdur:

“Biz buna keçmişimizdə də, yaxın tariximizdə də çox konkret addımlar və inkişaflarla şahidi olduq. Bu gün isə daha geniş Türk coğrafiyasında, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında daha da artan, bütün sahələri əhatə edən əməkdaşlığın yeni üfüqlərinin şahidiyik”.

Forum çərçivəsində bir çox iştirakçı ölkələrin nümayəndələri ilə görüşlərin keçirildiyini qeyd edən nazir hər bir görüşdə həm ölkəmiz, həm də qarşı dövlətlər və xalqlar üçün önəmli layihələrin müzakirə olunduğunu bildirib.

Tarix
2024.03.02 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən erməni konyakına qadağa - Səbəb?

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla