Yuxarı

Rusiya: "Azərbaycanın ixracı 5 dəfə artırması şübhə yaradır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Türkiyə istehsalı olan tomatların Azərbaycan üzərindən Rusiyaya daxil olmasından şübhələnir.

APA xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə Federal Xidmətin rəisi Sergey Dankvert bildirib.

Onun sözlərinə görə, Azərbaycan yanvar ayı ərzində Rusiyaya tomat ixracını beş qat artırıb: "Azərbaycanın Rusiyaya tomat ixracını bu qədər artırması bəzi şübhələr yaradır. Biz artıq Azərbaycan tərəfinə müvafiq məktub göndərmişik. Ekspertlərimizin Azərbaycana ezam olunmasını, orada tomat istehsalının yoxlanılmasını istisna etmirik".

Qeyd edək ki, Rusiya cari ilin yanvarın 1-dən Türkiyə istehsalı olan ərzaq məhsullarının ölkə ərazisinə gətirilməsinə qadağa qoyub.

Tarix
2016.02.18 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla