Yuxarı

Artur Rasizadədən unikal lətifə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artur Rasizadədən unikal lətifə

Qazaxıstan Baş nazirinin birinci müavini, bu günlərdə Xəzər dəhlizi ilə beynəlxalq tranzit yükdaşımalara dair məsələləri müzakirə etmək üçün Bakıda səfərdə olan Bakıtjan Saqıntayev bu gün Astanada hökumətin iclasında Azərbaycanın Baş naziri Artur Rasizadənin ona danışdığı lətifəni çatdırıb.

Virtualaz.org xəbər verir ki, I vitse-premyer hökumətin iclasında müzakirə olunan mövzudan kənara çıxaraq, Azərbaycan baş nazirinin ona danışdığı lətifəni çatdırmaq üçün icazə istəyib.

"Mənim indi yadıma düşdü, bu günlərdə Azərbaycanda və Gürcüstanda ezamiyyətdə idim və Azərbaycanın baş naziri yaxşı lətifə danışdı: "Seçkilər olur, partiya qalib gəlir, partiyanın lideri gənc adamdır, ümumiyyətlə idarəçiliklə məşğul olmayıb, iqtisadiyyatla məşğul olmayıb, dalğa sayəsində seçkini udublar. Və seçkidən sonra tərəfdaşlarını toplayır və soruşur:

- Bizim ölkəmizdə neft var? Cavab verirlər ki, yoxdur. Qaz var? - yox, Qızıl? - yox. Mis? - yox. Meşə? - yox.

- Onda gedin işləyin!"

B.Saqıntayevin sözlərinə görə, indi Qazaxıstan üçün işləmək vaxtı gəlib çatıb. "Ona görə ki, pul çox olanda subsidiyalar paylayırıq, nəticə isə olmur. Heç kim hesablamır ki, əvəzində nə alırıq. İndi elə vaxt gəlib yetişib ki, minimal pulla yaxşı iş görməliyik, nəticə əldə etməliyik, zəruri olan məhsulu istehsal etməliyik", - Saqıntayev fikrini yekunlaşdırıb.

Tarix
2016.02.19 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla