Yuxarı

Millət vəkilinə Türkiyədən daha bir jest

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın Əskişəhərdə Qarabağ parkı təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.

Axar.az xəbər verir ki, Türkiyənin Əskişəhər bölgəsində Xocalı soyqırımı ilə bağlı konfrans keçirən Qənirə Paşayeva Təpəbaşı bələdiyyə başqanı Əhməd Atacla görüşüb.

Görüş zamanı qədim Təpəbaşını da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən millət vəkili bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb.

Əhməd Atac Təpəbaşı bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək, qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.

Bələdiyyə başqanı Qənirə Paşayevanın Təpəbaşında Qarabağ parkı təklifinə mütləq baxılacağını deyib.

Sonda "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə danışan deputat kitabın növbəti hissələrində qədim Təpəbaşının da yer alacağını bildirib.

Tarix
2016.02.21 / 18:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla