Yuxarı

Nazirlikdən “həbli portağallar"la bağlı açıqlama - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür sosial şəbəkədə portağalın içərisindən həblərin çıxması ilə bağlı yayılan material reallığı əks etdirmir. Çünki kəsim olmadan heç bir meyvənin tərkibinə həb daxil ola bilməz və uzun müddət orada qala bilməz.

Bunu Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

C.Quliyev bildirib ki, portağal kəsilmədən həbləri içərisinə yerləşdirmək mümkün deyil:

"Əməkdaşlarımız həmin video materialın yayıldığı səhifə ilə əlaqə saxlayıblar və həmin portağalların xidmətin laboratoriyasına təqdim edilməsi üçün əlaqə telefonları da vermişdik. Lakin bu vaxta qədər xidmətə heç bir nümunə daxil olmayıb. Həmin videodan görünür ki, içərisindən həb çıxan portağalların kənarında yarımdairəvi kəsik görünür. Videodakı danışıqdan da portağalları kəsməzdən üzərində kəsik olması ilə bağlı fikir səsləndirilir. Bu çox kustar şəkildə hazırlanmış materialdır. Həmin videoda görünür ki, həblər portağalın içərisinə kəsimdən az əvvəl qoyulub. Bildiyiniz kimi, həblər suda, xüsusən şirədə tez həll olur. Portağal kəsiləndə bilinir ki, həblər ora yeni yerləşdirilib və təzəcə əriməyə başlayıb. Bütün portağallar düz kəsilib, ortadan bölünür və həb çıxır. Bu o deməkdir ki, meyvəni kəsənlər artıq həblərin portağalın hansı hissəsinə yerləşdirilməsindən xəbərdardırlar".

Xidmət rəisi həmin həblərin psixotrop maddə olması ehtimalının da real olmadığını bildirir:

"Elə olsaydı, o həll olmayan materialın içərisinə yerləşdirilərdi. Həmçinin psixotrop maddələrin satışda olan portağalın içərisinə yerləşdirilməsi real görünmür".

Son zamanlar belə videoların tez-tez yayıldığını deyən C.Quliyev bildirib ki, bu hərəkətləri edənlərin məqsədi insanların psixologiyasına təsir etmək, narazılıq yaratmaqdır:

"Heç bir əsas olmadan, maraq xətrinə belə video hazırlana bilər. Hesab edirəm ki, bu məsələ araşdırılıb, hüquqi qiymət verilməlidir".

Tarix
2016.02.23 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla