Yuxarı

Rus deputat: “Əliyevin fikirləri ilə razıyam”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb mediasında miqrantlarla bağlı aparılan təbliğat kampaniyası göstərir ki, Avropada radikal partiyaların təsiri artır.

Axar.az xəbər verir ki, bunu "Moskva-Baku" internet portalın müsahibəsi zamanı rusiyalı deputat Olqa Kazakov söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncə "İmamzadə" məscidinin açılışı zamanı Avropadakı miqrant böhranı ilə bağlı səsləndirdiyi fikirləri dəstəklədiyini bildirib:

"Mən iki il bundan öncə bu məsələ ilə bağlı Avropa Parlament Assambleyası Şurasında çıxış etmişəm. İndi mən Prezident Əliyevin sözlərini oxuyub, görürəm ki, onlar mənim çıxışımdakı tezislərlə üst-üstə düşür. Mən neonasistlərin hakimiyyətə gəlmə təhlükəsi barədə xəbərdarlıq etmişdim. Demişdim ki, sağ radikal partiyalar öz-özlüyündə neonasistlərdir. Bu, həmçinin faşizmin yaranması deməkdir. Hakimiyyətə bu cür ünsürlərin gəlməsi çox təhlükəlidir. Azərbaycan prezidenti də məhz bunu demək istəyir. Bu, Avropa üçün böyük təhlükədir. Lakin Avropa zamanında həmin təhlükəni görmədi. Biz bunu ona görə deyirik ki, Yer üzərində sülh olsun. Ətrafımızda bədbəxtliklərin baş verdiyi zamanda biz təcrid olunmuş vəziyyətdə yaşaya bilmərik. Sağ radikal partiyaların hakimiyyətə gəlməsi faşizm dövründəki parçalanma və fəlakətlərə qayıtmaq təhlükəsi yaradır. Xalqlar və müxtəlif mədəniyyətlər Azərbaycanda rahat şəkildə yaşaya bilərlər. Biz və Azərbaycan buna misaldır. Bu gün Avropa Birliyi miqrant böhranı yaşayır. Qərb liderlərinin özləri Yaxın Şərqdə bu cür situasiyanın yaranmasına səbəb olublar".

Qeyd edək ki, İlham Əliyev bir müddət öncə Gəncədə "İmamzadə" məscidinin açılışı zamanı Avropadakı humanitar məsələlərə toxunub. O, Avropada radikal partiyalara dəstəyin artdığını və belə davam edəcəyi halda onların bu ölkələrdə hakimiyyətə gələcəyini bildirib.

Tarix
2016.02.24 / 16:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla