Yuxarı

“Qarabağ hekayələri”nə Türkiyədə böyük maraq - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri "Qarabağ hekayələri" kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

Axar.az xəbər verir ki, İzmir Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər.

Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər deyib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb.

Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb.

Qeyd edək ki, "Qarabağ hekayələri" kitabı iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

Tarix
2016.02.24 / 15:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla