Yuxarı

Millət vəkili: “Gücün varsa, işğal edə bilərsən...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Gücün varsa, işğal edə bilərsən...”

Türkiyə nə qədər güclənərsə, Azərbaycan da o qədər güclənəcək.

Axar.az xəbər verir ki, bu barədə Sakarya Üniversitetində "Anadoluda erməni işğalı və Xocalı soyqırımı" ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.

Sakarya bələdiyyə başqanı Zəki Toçoğlu ilə görüşdə yaxın zamanlarda bu şəhərdə Qarabağ parkının açılacağı və Xocalı soyqırımı abidəsinin ucaldılacağı bildirilib.

Zəki Toçoğlu, Q.Paşayeva, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Sakarya təmsilçisi Aliq Bağırov arasında protokol da imzalanıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim Türkiyənin yanında olduğunu deyib:

"Türkiyə nə qədər güclənirsə, Azərbaycan da o qədər güclənəcək. Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımlar, qətliamlar törədilib, tarixi abidələrimiz erməni vandalizminə məruz qalır. Bu gün Ermənistan Türkiyəyə qarşı savaşmaq üçün PKK-ya əsgər göndərir. Xocalını yer üzündən silənlər hələ də cavab verməyiblər. Xocalı qatili Seyran Ohanyan terroru necə dəstəklədiklərini açıq şəkildə göstərir. İndiki terrorun əsas məqsədi Türkiyəni zəiflətməkdir. BMT artıq 5 daimi üzvünün çıxarlarını qoruyan bir təşkilatdır. Reallıq ondan ibarətdir ki, gücün varsa, işğal edə bilərsən. Liviya ilə bağlı qərarlarda bir aya hərəkətə keçirlər, iş Azərbaycana gəldikdə isə verilən qərarlar düz 24 ildir ki, kağız üzərindədir".

Tarix
2016.02.25 / 12:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla