Yuxarı

Şəhid əsgərimiz dəfn edilib - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid əsgərimiz dəfn edilib - Foto

Fevralın 6-da döyüş tapşırığını yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev Eşqin Firəddin oğlu hərbçilərin, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün anadan olduğu Füzuli rayonunda dəfn edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumatına görə, tədbirdə çıxış edənlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin əmisi və qardaşı bildiriblər ki, şəhidlik ən yüksək zirvədir və igid oğlumuz bu zirvəyə yüksəlib. Biz hamımız bununla qürür duyuruq. Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ona minnətdarlıq ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edilib.

Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub.

Tabut üzərinə sərilmiş üçrəngli Dövlət bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.
Şəhidin əzizləri ağır itki olmasına baxmayaraq, övladlarının şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, vida mərasimini yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına, Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tarix
2014.02.07 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla