Yuxarı

Fransa əleyhinə aksiya: əsas loqo "Dəmir yumruq" oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa əleyhinə aksiya: əsas loqo "Dəmir yumruq" oldu

Aprelin 13-də Yeni Kaledoniyada Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Yeni Kaledoniyanın Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzi tərəfindən paytaxt Noumeanın “Sülh” adlandırılan əsas meydanında təşkil edilən etiraz aksiyasında 30 000-dən çox insan iştirak edib.

Aksiyanın proqramına əsasən adət-ənənələr ritualları həyata keçirilib, müstəqillik tərəfdarlarının siyasi liderləri və mərkəzin nümayəndələri çıxış ediblər. Daha sonra “Sülh” meydanından yürüş başlayıb.

Etiraz aksiyasının afişasının əsas loqosu kimi Azərbaycan Prezidenti İlham Əliyevin “Dəmir yumruğu” seçilib. Bundan əlavə, Fransa kolonializminə qarşı təşkil olunan etiraz aksiyasında iştirakçılar Azərbaycan bayrağını mərkəzi meydanda qaldırıblar.

Çıxış edən Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzinin nümayəndəsi Dominik Foçi layihənin Senatda keçməsi səbəbindən vəziyyətin gərgin olduğunu deyib, rəsmi Parisi yerli Kanak xalqı ilə razılaşdırmadan bunu etməməyə çağırıb, əks təqdirdə mövcud olan sülh tarazlığına xələl gətiriləcəyini vurğulayıb.

Maraqlıdır ki, Fransadan köçən şəxslər belə yerli Kanak xalqının hüquqlarına hörmət edilməli olduğunu bildirir. Məsələn, 1993-cü ildən Fransadan Yeni Kaledoniyaya köçmüş Klod Ayro Yelisey sarayının addımları ilə bağlı deyib ki, Kanak xalqının hüquqlarına hörmət edilməlidir: “Bizim buraya köç etdiyimizi qəbul etmək lazımdır”.

Ümumiyyətlə, son günlər Yeni Kaledoniyada Fransaya qarşı etirazlar səngimək bilmir. Aprelin 2-də Fransa parlamentinin yuxarı Palatası - Senat Yeni Kaledoniyada seçki qanunvericiliyini dəyişmək məqsədilə hökumətin zorla qəbul etdirmək istədiyi qanun layihəsinin lehinə səs verib. Həmin layihəyə görə, Parisin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü insanlar səsvermə hüququna malik olacaqlar. Burada Fransa hökumətinin əsas məqsədi yerli Kanak xalqının öz ölkəsində azlıqda qalmasını təmin etməkdir.

Qeyd edək ki, Paris Yeni Kaledoniyada öz kolonial hökmranlığını saxlamaq üçün buraya əlavə polis qüvvələrini ezam edib.

Tarix
2024.04.13 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Tiflisdə rəsmi qarşılanma mərasimi keçirildi

Prezident Tiflisdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Prezident Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət etdi

Prezident və xanımı Gürcüstana getdi

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla