Yuxarı

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində icma rəhbərləri ilə 5 saat davam edən qapalı görüşünün detalları yayılıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri görüşdə iştirak edənlərə istinadən yeni ərazilərin də Azərbaycana təhvil verilə biləcəyini yazıb.

“Paşinyan kəndləri qaytarmayacaqları təqdirdə müharibənin olacağını bildirib. Görüşdə kənd rəhbərləri Paşinyandan soruşublar ki, 4 kəndin verilməsindən sonra müharibə təhlükəsi aradan qalxacaqmı? Baş nazir isə belə zəmanətin olmadığını deyib. Qeyd edib ki, hadisələr bütün ssenarilər üzrə inkişaf edə bilər, Ermənistan maksimum müharibədən qaçmalıdır. İcma rəhbərləri təklif edib ki, delimitasiya proporsional qaydada aparılsın, Azərbaycan da Ermənistan ərazilərini (?) qaytarsın. Paşinyan cavab verib ki, hazırda bu məqbul variant deyil, Azərbaycan bunu qəbul etməyəcək”, - nəşr yazır.

İncəsu (Noyemberyan) merinin müavini nəşrə bildirib ki, görüşdən sonra bizim üçün təhlükənin olduğunu anladıq, biz bunu birtərəfli güzəşt hesab edirik, ona görə prosesdə iştirak etməyəcəyik.

Nəşr qeyd edir ki, görüşdə iştirak edən icma rəhbərləri Azərbaycana yeni ərazilərin də təhvil veriləcəyini düşünürlər.

Tarix
2024.04.24 / 09:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla