Yuxarı

Millət vəkili universitet rəhbəri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Niğde Universitetinin rektoru Adnan Görür ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən Adnan Görür Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib.

Qənirə Paşayeva da öz növbəsində Niğde Universiteti ilə ölkəmizin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu qeyd edərək yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib.

Millət vəkili rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Millət vəkili Niğde Universitetində Azərbaycan, Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması türk kökənli gənclərimiz və burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.

Millət vəkili mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Universitetə hədiyyə ediləcəyini diqqətə çatdırıb. Eyni zamanda Qənirə Paşayeva Adnan Görürə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün müəllifi olduğu "Qarabağ hekayələri" kitabını hədiyyə edib.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, türk dünyasının problemləri ətrafında söhbət aparılıb.

Qənirə Paşayeva Adnan Görürü Azərbaycana dəvət edib.

Tarix
2016.03.03 / 13:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla