Yuxarı

Azərbaycandan erməni kiber ordusuna zərbə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın kiber ordusuna məxsus səhifələr darmadağın edilib.

Axar.az xəbər verir ki, "Monte Melkonyan Kiber Ordusu" ("Monte Melkonian Cyber Army") adlanan qrupa qarşı hücumu Azərbaycanın "Anti-Ermənistan Komandası" ("Anti-Armenia Team") qrupu təşkil edib. Nəticədə Ermənistana məxsus "Monte Melkonyan Kiber Armi" adı altında fəaliyyət göstərən kiber terrorçu qrupa məxsus səhifələr zərərsizləşdirilib.

"Anti-Armenian Team" qrupunun üzvlərinin yaydığı məlumatda həmçinin erməni hakerlərini Melkonyanın aqibətinin gözlədiyi bildirilib:

"ASALA üzvü, terrorçu Monte Melkonyanın özü kimi adını daşıdığı qrup da internet məkanında terror əməlləri ilə məşğul olub, lakin onu da elə Melkonyanın taleyi gözləyir. Azərbaycan silahlı qüvvələri tərəfindən 1993-cü ildə məhv edilən Melkonyanın aqibəti bu qrupa da yazılıb və kiber ordu məhz azərbaycanlı hakerlər tərəfindən zərərsizləşdirilib".

"Anti-Armenia Team" bəyan edib ki, bundan sonrada Azərbaycan əleyhinə dezinformasiya yayan qruplarla mübarizəsini tam gücü ilə davam etdirəcək.

Qeyd edək ki, "Monte Melkonian Cyber Army" dəfələrlə Azərbaycanın internet məkanına hücumlar təşkil edib. Həmçinin, Azərbaycan əleyhinə dezinformasiya xarakterli informasiya yaymaqla məşğul olub.

Tarix
2016.03.03 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla