Yuxarı

Başçının bacısı oğlu yol qəzasında dünyasını dəyişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun ailəsində faciə baş verib. İcra başçısının bacısı oğlu yol qəzasında dünyasını dəyişib.

ANS xəbər verir ki, bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

Qurumun nümayəndəsinin sözlərinə görə, hadisə Yevlaxda baş verib.

"Rəhmətə gedən Yevlax sakini olub. Onun 26 yaşı var idi. Hazırda Müstəqim müəllim yas mərasimindədir", - qurum rəsmisi bildirib.

Qəza ötən gecə Aran-Mingəçevir avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Eyvazağa oğlu idarə etdiyi "Mersedes" markalı, 66-BE-972 dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində sürücü elə hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, qəzaya düşənlər qohumlarının nişan mərasimindən qayıdırmışlar. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha bir yol qəzasına Zərdab Rayon İcra Hakimiyyətinin başçısının ailəsi düşüb. İcra başçısı Lütfəli Babayevin bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib. Avtomobildə daha üç nəfər olub ki, onlardan ikisi Lütfəli Babayevin nəvələri, digəri isə yeznəsi olub. Hazırda onların vəziyyəti normaldır.

Tarix
2016.03.12 / 14:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla