Yuxarı

Paşinyandan Baydenə: Qafqazda sülhün bərqərar olması...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bir çox sahələrdə ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa çatdırmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Cozef Baydenə Müstəqillik Günü ilə bağlı göndərdiyi təbrik məktubunda deyib.

"Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, demokratik islahatlar, iqtisadi və enerji dayanıqlılığının möhkəmləndirilməsi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiqlik Ermənistan və ABŞ arasında strateji dialoqun gücləndirilməsi konsepsiyasında öz əksini tapıb", - o deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması prosesindəki roluna önəm verir:

"Fürsətdən istifadə edərək, Ermənistanın sülh gündəliyinə sadiqliyini təsdiqləmək və bu mühüm dövrdə davamlı və möhkəmlənən tərəfdaşlığımızın ölkələrimiz və region üçün dinc və daha firavan gələcəyin formalaşmasına kömək edəcəyinə əmin olduğumu bildirmək istəyirəm".

Tarix
2024.07.04 / 15:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

Azərbaycanlı prezident İranı necə xilas edəcək?

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla