Yuxarı

Fransada parlament seçkilərinin II turu başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada parlament seçkilərinin II turu başladı

Fransa parlamentinə seçkilərin ikinci turu başlayıb.

Axar.az xəbər verir ki, ölkə ərazisində seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb.

Səsvermə prosesi əksər seçki məntəqələrində saat 18:00-a yekunlaşmalı olsa da, böyük şəhərlərdə, o cümlədən Parisdə seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq.

Seçkilərin ilk nəticələrinin də yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, parlament seçkilərinin iyunun 30-da keçirilmiş ilk turunda 577 parlamentaridən 76-sı seçilib. Həmin deputatların 37-i radikal sağ yönümlü Milli Birlik Partiyası və bu partiyanın müttəfiqlərinin üzvləridir.

Parlamentin aşağı palatasında mütləq üstünlüyə nail olmaq üçün 289 yer qazanılması lazımdır. Əsas mübarizə Milli Birlik Partiyası, solçu Yeni Xalq Cəbhəsi koalisiyası və Prezident Emmanuel Makronun koalisiyası arasında olacaq.

Parlament seçkilərinin birinci turunda Milli Birlik Partiyası və müttəfiqləri 33,4%, solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,98%, Prezident Emmanuel Makronun koalisiyası 20,76% səs toplayıb.

Tarix
2024.07.07 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla