Yuxarı

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfərinin “ikitərəfli tərəfdaşlığı gücləndirmək və bir sıra sazişlər imzalamaq” məqsədi daşıdığı bildirilsə də, bunun 7 iyunda keçiriləcək parlament seçkilərindən öncə baş verməsi “gizli missiya”ya diqqət çəkir. Söhbət Vaşinqtonun Ermənistanın Baş naziri Nikol Paşinyana seçki dəstəyindən gedir və bu planı “diplomatik müzakirələr” adı altında gizlətmək uğursuz cəhddən başqa bir şey deyil.

Hər şey ortadadır: Rubionun İrəvan səfəri ABŞ-ın seçkidə Paşinyan komandasının yanında olduğunu nümayiş etdirməyə hesablanıb; bu nümayişin erməni seçicilərin seçiminə nə qədər təsir edəcəyi müəmmalı olsa da, başda Rusiya olmaqla prosesə müdaxilə etmək istəyən tərəflərə açıq mesaj xarakteri daşıdığı bəllidir.

Əslində Rubionun seçkiyə sayılı günlər qalmış Ermənistana səfəri də prosesə müdaxilə kimi qiymətləndirilə bilər. Rusiyanı seçkilərə müdaxilədə ittiham edən Qərb analoji siyasəti özünə rəva görür. Avropa Birliyi Moskvanın seçkiyə mümkün müdaxiləsinə qarşı Ermənistana “xüsusi missiya” göndərdi, daha sonra İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində hakimiyyətə dəstək verdilər. İndi Rubionun timsalında ABŞ növbəti dəstək addımı atır. Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqton-Brüssel xəttində müşahidə olunan uzaqlaşma fonunda hesab etmək olar ki, ABŞ Avropa Birliyindən geri qalmaq istəmir. Hərçənd, ABŞ və AB-nin Paşinyana seçki dəstəyinin hədəfi eynidir: İrəvanda Moskvanın mövqelərinə zərbə vurmaq, Ermənistanla Qərb arasında yaxınlaşma körpüsünü gücləndirmək, ümumilikdə Rusiyanın regionda təsirini zəiflətmək;

Rubionun Ermənistanda “gizli missiyası” baş tutacaqmı?

Bu sualın cavabı birmənalı deyil. Çünki ötən ay ABŞ Macarıstanda eyni taktikadan istifadə etmiş, Dövlət katibi Ceyms Di Vens seçkidən öncə Budapeştə səfər edərək, Viktor Orbana dəstəyini nümayiş etdirmişdi. Bu dəstək Orbanı seçkidə məğlubiyyətdən xilas etmədi. İndi də Rubionun vasitəsilə Ermənistanda Paşinyana eyni dəstək mexanizmi işə salınır. Orbanı “xilas” edə bilməyən ABŞ Paşinyana qələbə nəsib edəcəkmi? Sualın cavabı 7 iyunda bəlli olacaq. Hazırda Tramp Administrasiyasının “seçilmiş dostlara” dəstək məqsədilə birbaşa müdaxilə taktikasından istifadə etdiyi bəllidir. Ki, bu da birmənalı qarşılanmayan məsələdir.

Paşinyana dəstək üçün Ermənistana məhz Rubionun gəlişində dövlət katibinin ermənipərəst mövqeyi də rol oynayır. Uzun illər erməni lobbisinin fəal dəstəkçisi olan Rubio ABŞ Erməniləri Milli Komitəsinin (ANCA) sevimli siyasətçilərindəndir. Onun qondarma “erməni soyqırımı” məsələsinə, o cümlədən, Azərbaycan əleyhinə olan qərarların qəbuluna verdiyi dəstək, ABŞ-da anti-Bakı siyasətinin formalaşmasında oynadığı rol ANCA tərəfindən yüksək qiymətləndirilib. 2022-ci ildə Rubio torpaqlarını azad etdiyi üçün Azərbaycana qarşı başlalanan “kampaniya xoruna” qoşulmuşdu. Hətta həmin il o, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezlə birlikdə Azərbaycana qarşı “hərbi yardımların dayandırılması, sanksiyaların tətbiq edilməsinin” təklif olunduğu, eləcə də “müharibə cinayətləri”nə dair qondarma ittihamların yer aldığı qərəzli qətnamə də irəli sürmüşdü. Rubionun dövlət katibi postuna namizədliyinin ilk dəstəkçiləri arasında ANCA-nın olması təsadüfi deyildi. Bu kontekstdə Ermənistana məhz Rubionun səfəri uzun illər ərzində formalaşan ermənipərəst mövqeyin məntiqi davamı kimi görünür.

Burada əsas məqamlardan biri Rubionun Ermənistana dəstək siyasətinin Trampa qarşı planın olması ehtimalıdır. ABŞ Administrasiyasında Rubionun bir çox məsələdə Trampın əleyhinə mövqe sərgilədiyi, xarici siyasətdə fərqli gedişlər etdiyi haqda kifayət qədər məlumatlar mövcuddur. Bununun ABŞ-ın maraqları ilə bağlı fərqli yanaşmadan daha çox, Rubionun Trampa qarşı mövqeyindən qaynaqlandığı ehtimal olunur. Onun 2016-cı il seçki kampaniyasında Trampa qarşı sərt mövqe tutması, hazırda da dövlət katibi kimi təmsil olunduğu Administrasiyasının rəhbəri olan Prezidentlə ziddiyyətlər yaşaması diqqəti bu istiqamətə yönəldir. Rubionun Tramp Administrasiyasının kəskin tənqidçisi olan, hətta açıq düşmənçilik mövqeyi sərgiləyən Bob Menendezlə birlikdə Ermənistanı dəstəkləməsi də bu fikri gücləndirən məqamlardandır. Hər iki şəxsin – Menendez və Rubionun Trampa qarşı çıxması, eləcə də Ermənistan siyasətində eyni mövqedən çıxış etmələri dövlət katibinin İrəvan səfərində əlavə müəmmalar yaradır.

Tarix
2026.05.25 / 20:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Prezidentdən qərar: Bu kreditlərin faizləri...

Dünya liderləri İlham Əliyevi təbrik edir

İlham Əliyev Pakistan baş nazirinə də başsağlığı verdi

İlham Əliyev Szinpinə başsağlığı verdi

Putin İlham Əliyevi təbrik etdi

May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla